Ağstafa Mərkəzi Rayon Xəstəxanasında kadr dəyişikliyi olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, xəstəxananın Cərrahiyyə Şöbəsinin Əməliyyatxana bölməsinin müdiri Teyyub Carçıyev yeni baş həkim təyin edilib.
Qeyd edək ki, o həm də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini daşıyır.