Ləğv olunan “Naxçıvan” Universitetindən MÜRACİƏTbackend

Ləğv olunan “Naxçıvan” Universitetindən MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv olunan “Naxçıvan” Universiteti MMC kreditorlarına müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə MMC məlumat yayıb.

Qeyd edilib ki, kreditorlar oktyabrın 30-dək tələblərini AZ7000 Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Naxçıvan Universitetinə bu il tələbə qəbulu aparılmayıb. Orada təhsil alan tələbələrin böyük hissəsi isə Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr də digər aidiyyəti yerlərə köçürülüb.

Xatırladaq ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı olub.

Universitetin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.