Bu şəxs Mayamidə 80 milyon dollara malikanə alacaqbackend

Bu şəxs Mayamidə 80 milyon dollara malikanə alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə millisinin keçmiş kapitanı və ABŞ-nin MLS liqası təmsilçisi “İnter Mayami”nin sahibi Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Real Deal” məlumat yayıb.

2020-ci ildən etibarən Bekhem ailəsi Mayami şəhərinin mərkəzində bir binanın bütün mərtəbəsini tutan mənzillərə də sahibdir. Onlar bunun üçün təxminən 20 milyon dollar ödəyiblər.

Qeyd edək ki, “İnter Mayami” komandası MLS-də mövsümün bitməsinə iki tur qalmış çempion olub.