Dünya miqyasında insult keçirənlərin sayında artım müşahidə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Lancet Neurology” jurnalında məlumat dərc olunub.
Araşdırmaya görə, 1990-cı ildən 2021-ci ilə qədər insult keçirənlərin sayı 70 faiz, insultdan ölənlərin sayı isə 44 faiz artıb.
2021-ci ildə insult koroner ürək xəstəliyi və COVID-19 pandemiyasından sonra dünyada üçüncü aparıcı ölüm səbəbi olub. İnsultun artmasına səbəb əhalinin qocalmasıdır.