“Ölümündən əvvəl Nəsrullah İsraillə atəşkəsə razılaşmışdı” – Livan XİNbackend

“Ölümündən əvvəl Nəsrullah İsraillə atəşkəsə razılaşmışdı” – Livan XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullahın baş katibi Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülməzdən əvvəl İsraillə atəşkəsə razılaşıb.

 

NOCOMMENT.az xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Bou Həbib CNN telekanalına müsahibəsində deyib.

 

“Bəli, Livan tərəfi razılaşmışdı. Biz Hizbullahla məsləhətləşdik, o razı idi. Qərar haqqında ABŞ və Fransa nümayəndələrini də məlumatlandırmışdıq”, – Bou Həbib deyib.

 

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxlu sayda rabitə qurğuları və digər elektron cihazların partlaması İsrail və Hizbullah arasında yeni gərginlik dalğasına səbəb oldu. Livanlı qrup hadisələrdə İsraili günahlandırıb. Sentyabrın 23-də İsrail Livanda Hizbullaha qarşı hərbi əməliyyata başlayıb və qruplaşmanın hərbi obyektlərinə geniş zərbələr endirib. Sentyabrın 26-da Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs elan etməyə çağırıb. Daha sonra “The New York Times” rəsmilərə istinadən xəbər verib ki, atəşkəs təklifi yaxın saatlarda qəbul oluna bilər.Sentyabrın 27-də isə İsrail Hərbi Hava Qüvvələri tərəfindən Hizbullahın Beyrut yaxınlığında yerləşən qərargahına hərbi hava zərbələri endirilib. Növbəti gün Hizbullah tərəfindən Həsən Nəsrullahın öldüyü təsdiqlənib. Oktyabrın 1-nə keçən gecə İsrail Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatına başladığını elan etdi.