ABŞ-nin borcu iki gündə rekord səviyyəyə yüksəldibackend

ABŞ-nin borcu iki gündə rekord səviyyəyə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin milli borcu bir neçə gün ərzində rekord həddə – 347,6 milyard dollar artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, sentyabrın 30-dan oktyabrın 1-dək ABŞ-nin dövlət borcunun ümumi həcmi rekord həddə – 347,6 milyard dollar artıb.  Bunun fonunda ABŞ-nin ümumi borcu rekord həddə – 35,67 trilyon dollara çatıb.

Artımın böyük hissəsi hökumətin öz departamentləri qarşısındakı öhdəlikləri hesabına baş verib.

Qeyd edilib ki, ABŞ-nin dövlət borcu hər 100 gündə bir trilyon dollar artır.