ABŞ-nin yeni Yaxın Şərq planı — İsraildən nöqtə atışıbackend

ABŞ-nin yeni Yaxın Şərq planı — İsraildən nöqtə atışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin müharibəsi başlayandan bəri digər region dövlətlərinə də təsir edib, artıq bir neçə dövlət bu müharibəyə qarışıb. Onlardan biri də İrandır. İran həmişə İsrailə qarşı mübarizəsini proksi təşkilatlar vasitəsilə aparıb, Fələstinin yanında olduğunu göstərmək üçün Hizbullah və Həmasa dəstək verib. İsrail təkcə Fələstinlə müharibə aparmır, İran da hədəfdədir”. 

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında İranla İsrail arasında baş verən son gərginliyi şərh edərkən politoloq Ramiyə Məmmədova deyib. “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri R.Məmmədova bildirib ki, proksi qüvvələr arasında dayanmadan savaş gedir:

“İranda baş verən partlayışlar, təşkilat rəhbərlərinin sui-qəsd nəticəsində öldürülməsi hadisələrində dünya İsraili məsul görür. Buna görə də İran cavab olaraq İsrail ərazisinə raketlər atdı. Düşünmürəm ki, bugünkü gündə İranla İsrail arasında açıq-aydın müharibə başlasın. İsrail ABŞ və Qərbin ona verdiyi dəstəyə arxalanır və terrorçu adlandırdığı təşkilatları dəstəkləyən İrana, ərəb ölkələrinə qarşı həmlələr edir. İsrail nöqtə atışı edir, Həmasın, Hizbullahın mövqelərinə zərbələr endirir, rəhbərlərini hədəf alır. İsrail İran tərəfindən atılan raket zərbələrinin hədəfə dəymədiyini deyib. İsrail rəhbərliyi qeyd etdi ki, İranın zərbələri cavabsız qalmayacaq. Artıq ABŞ də bu məsələdə mövqeyini ortaya qoyub. Düşünürəm ki, Həmasa, Hizbullaha, Fələstinə və İrana qarşı yeni addımlar atılacaq”.