Fransa Müdafiə Nazirliyinin rəhbəri Rusiyanı “əsas təhlükə” adlandırıbbackend

Fransa Müdafiə Nazirliyinin rəhbəri Rusiyanı “əsas təhlükə” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bütün digər ölkələr arasında Fransa üçün əsas təhlükədir. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Sebastyan Lekornu Le Point nəşrinə müsahibəsində deyib.

“Terrorçu qruplarla yanaşı, bu, açıq-aydın Rusiya Federasiyasıdır”, – nazir Paris üçün ən böyük təhlükənin hansı xarici siyasətçi və ya dövlətlər olduğu sualına belə cavab verib.

Nazirin sözlərinə görə, Moskva Fransanın Afrikadakı maraqlarına qarşı çıxır. O hesab edir ki, Rusiya informasiya müharibəsi aparır və Fransa hərbçilərinə qarşı “aqressiv” hərəkət edir.

Lekornu bundan əvvəl Rusiyanı Fransa və NATO müttəfiqləri üçün təhlükə adlandırmışdı . Nümunə olaraq, nazir məlumatların oğurlanması ilə xəstəxanalara, bələdiyyə binalarına, müəssisələrə və qəzetlərə kiberhücumların eyni vaxtda baş verə biləcəyi hipotetik vəziyyəti göstərib. Eyni zamanda, Lekornu Rusiyanın Fransa institutlarına hücumlarına dair konkret nümunələr çəkməyib.