2024-cü il sentyabrın 30-dan oktyabrın 1-dək ABŞ-ın dövlət borcunun ümumi həcmi rekord həddə – 347,6 milyard dollar artıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Aydınlaşdırılır ki, sentyabrın 30-da ABŞ hökumətinin öhdəliklərinin ümumi məbləği 143,3 milyard dollar, oktyabrın birinci günü isə daha 204,3 milyard artıb. Bunun fonunda ABŞ-ın ümumi borcu rekord həddə – 35,67 trilyon dollara çatıb.
Artımın böyük hissəsi hökumətin öz departamentləri qarşısındakı öhdəlikləri hesabına baş verib; dövlət borcunun bu maddəsi bir neçə gün ərzində 243,8 milyard dollar artıb. Öz növbəsində, fiziki şəxslərə, müəssisələrə və dünyanın qalan hissəsinə borc təxminən 103,8 milyard artıb.