Vaşinqtonla Təl-Əviv arasında münasibətlərin pisləşməsi məlum olubbackend

Vaşinqtonla Təl-Əviv arasında münasibətlərin pisləşməsi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ABŞ və İsrail arasında beynəlxalq münasibətlərə böyük zərbə vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post (WP) məlumat yayıb.

“Müharibə ABŞ-ın Yaxın Şərqdəki ən yaxın tərəfdaşı olan İsraillə münasibətlərinə ciddi zərbə vurdu və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına dair hər hansı ümidlər puça çıxdı”, – deyə nəşr yazıb.

Nəşrin məlumatına görə, ABŞ silahlı qüvvələri özlərini İsraili İrandan, eləcə də onun müttəfiqlərindən qorumaqda köməkçi kimi təqdim edirlər. Nəticədə, daha böyük münaqişə təhlükəsi Amerika qoşunlarını və hərbi texnikasını digər qlobal prioritetlərdən yayındırıb.

WP həmçinin yazır ki, ABŞ prezidenti Co Bayden dəfələrlə İsrailin baş naziri Netanyahuya müraciət edərək onu “sülh nizamlanması üçün strateji plana diqqət yetirməyə” çağırıb, bununla da taktiki hərbi və siyasi qələbələrdən imtina edib.

Həmçinin nəşrin məlumatına görə, Təl-Əviv Vaşinqtonun təhlükəsizlik zəmanətindən istifadə edərək, amerikalı tərəfdaşlarını əvvəlcədən xəbərdar etmədən İordan çayının qərb sahili, Suriya və İranda çoxsaylı hücumlar həyata keçirib.