NATO-nun yeni baş katibi Qərbin Ukraynaya dəstəyini gücləndirəcəyini vəd edibbackend

NATO-nun yeni baş katibi Qərbin Ukraynaya dəstəyini gücləndirəcəyini vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun yeni baş katibi Mark Rutte cümə axşamı, oktyabrın 3-də Kiyevə elan olunmamış səfəri zamanı Kiyevə Qərbin Ukraynaya dəstəyini gücləndirəcəyinə söz verib. Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə brifinqdə Rutte vurğulayıb ki, o, yeni vəzifəsində ilk xarici səfərini Kiyevə məhz Şimali Atlantika Alyansının Ukraynanın tərəfində olduğunu hamıya aydınlaşdırmaq üçün edib.

NOCOMMENT.az xəbər verir ki, Mark Ruttenin fikrincə, Ukraynanın azadlıq mübarizəsi NATO-nun əsas prinsip və dəyərlərinə uyğundur.

“Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır və alyansımızın üzvü olana qədər bu yolu davam etdirəcək”, – deyə yeni baş katib əmin edib.

Ruttenin fikrincə, Ukraynanın özünümüdafiə hüququ “sərhəddə bitmir” və buna görə də ölkə Rusiya ərazisinə uzaqmənzilli Qərb raketlərini vura bilməlidir. “Rusiya qeyri-qanuni müharibə aparır, bu o deməkdir ki, Rusiya qırıcılarını və raketlərini Ukraynanın mülki infrastrukturuna qarşı istifadə edilməmişdən əvvəl hədəfə almaq insanların həyatını xilas etməyə kömək edə bilər”, – NATO-nun baş katibi izah edib.

Jurnalistlərin Ukraynanın NATO-ya üzvlüyünün perspektivləri ilə bağlı sualını cavablandıran Rutte qeyd edib ki, müttəfiqlərin son birgə addımları “Alyansa üzvlük üçün körpü qurur”. O izah edib ki, söhbət, xüsusən, təxminən 40 milyard avro maliyyə yardımı, ikitərəfli təhlükəsizlik sazişləri və yardım və əsgərlərin təlimini əlaqələndirmək üçün yeni NATO komandanlığının formalaşdırılmasından gedir.

Mark Rutte həmçinin əmin edib ki, noyabrda bu ölkədə keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-la işləyə biləcək.