“YouTube” video platforması öz rəsmi bloquna görə “Shorts” adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Oktyabrın 15-dən etibarən siz üç dəqiqəyə qədər “Shorts” yükləyə biləcəksiniz”, – məlumatda bildirilir.
“YouTube”un məlumatına görə, şirkət qısa videoçarxların uzunluğunu artırmaq qərarına gəlib, çünki bu, məzmun yaradıcılarına edilən ən çox müraciət olub. Bununla belə, dəyişikliklər oktyabrın 15-dən əvvəl platformaya yüklənmiş videolara aid edilmir.
Digər bir yenilik portalın əsas lentində “Shorts”ların sayını azaltmaq imkanı olacaq.