Tanınmış həkim psixiatr Zaur Qasımov “ Panik atak nədir” sualına aydınlıq gətirib.
Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov son dövrlər hər kəsi narahat edən “Panik atak” barədə danışıb.
“Panik atak haqqında məlumat vermək istərdim, panik atak olan şəxslərdə qəflətən başlayan səbəbsiz ürək döyüntüləri, həyəcan sıxıntıları olur. Bir yerdə qərar tutmağa çətinlik çəkirlər. Belə olan şəxslərdə ən çox ölüm qorxusu olur, daha sonra dəli olmaq, insult keçirmək qorxuları yaranır, nə edəcəklərini bilmirlər. Çıxılmaz vəziyyətə düşürlər, bir yerdə qərar tuta bilmirlər. Yaxınlarının onların vəziyyətlərini anlamamaları onlara daha pis təsir edir, həmin halda belə şəxslərə kömək olmaq, dəstək olmaq vacibdir. Panik atakı olan şəxslərin psixiatıra müraciət etməkləri məqsədə uyğundur”,- deyə həkim psixiatr qeyd edib.