Qərb ölkələri indi Ukrayna səmasında Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmağa hazır deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Vladimir Zelenski NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşdən sonra bildirib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nun mövqeyinə baxmayaraq, Varşavanın Ukrayna üzərində Rusiya raketlərini vurmağa borclu olduğunu bildirib.
Bundan sonra NATO baş katibinin müavini Mirça Coana qeyd edib ki, alyansın nəticələri ola biləcək bir işə qarışmazdan əvvəl məsləhətləşmələr aparmaq adətdir.