KXDR yenidən Cənubi Koreyaya zibil və tullantılarla doldurulmuş şarları havaya buraxıb.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə Seul meriyasına istinadən məlumat yayıb.
“Şimali Koreya yenidən zibillə doldurulmuş şarları cənuba doğru uçurur”, – məlumatda bildirilir.
Artıq bir ildir ki, Şimali və Cənubi Koreya arasında bir növ şar “mübadiləsi” davam edir – “Azad Şimali Koreya uğrunda Mübarizlər” fəal qrupu ilk dəfə olaraq K-pop musiqisi olan USB fleş diskləri olan şarlar göndərib. Buna cavab olaraq, Şimali Koreyadan küçə zibilləri, çirkləri və mal-qara nəcisləri olan oxşar şarlar gəlib.