ATƏT-in Malta konfransında Rusiyanın iştirakı gözlənilirbackend

ATƏT-in Malta konfransında Rusiyanın iştirakı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçiriləcək iclasına dəvət olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Maltada keçiriləcək nazirlərin görüşünə Rusiya da dəvət olunacaq”, – agentliyin mənbəsi bildirib.

Rusiya tərəfi görüşdə iştirakda maraqlı olduğunu təsdiqləyib. Qeyd olunur ki, indiyədək ATƏT-in heç bir iştirakçı ölkəsi rəsmi dəvət olunmayıb. Tədbir 5 və 6 dekabr 2024-cü il tarixlərində Maltada baş tutacaq.