Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilib:
“Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (üçü qadın, ikisi kişi cinsli olmaqla) oktyabrın 4-də saat 18:00-da Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif növ yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilib. Hər biri ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda deyilir.