İran özünün üç peykini orbitə buraxmağı planlaşdırırbackend

İran özünün üç peykini orbitə buraxmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran 2025-ci ilin mart ayının sonuna kimi yerli istehsal olan üç uzaqdan zondlama peykini orbitə çıxaracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İRNA agentliyi İranın Kosmik Agentliyinin rəhbəri Həsən Salariyəyə istinadən məlumat yayıb.

O, uzaqdan zondlama peyklərinin 2025-ci il martın 20-dək orbitə buraxılacağını vurğulayıb.

Nəşr “Kosvar”, “Tolo-3” və “Zəfər-2” peyklərinin orbitə göndəriləcəyini vurğulayır. Onlardan ibarət sistem təbii fəlakətlər zamanı, xüsusən də yerüstü infrastrukturun işləmədiyi yerlərdə qərar qəbul etməyi asanlaşdırmaq üçün məlumatların qəbulu və ötürülməsi imkanını təmin edəcək.