İki isveçli İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında baş verən partlayışda şübhəli biliniblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarka polisi “X” sosial şəbəkəsində məlumat verib.
“Bu həftənin əvvəlində Hellerup partlayışlarında ittiham olunan iki İsveç vətəndaşı da bu səhər terrorda ittiham olunub”, – deyə məlumatda bildirilir.
Danimarka polisi səfirlik ərazisində təhlükəsizliyi gücləndirib və araşdırma davam edir. Agentlik bildirib ki, partlayışlarla İsrail səfirliyi arasında mümkün əlaqə barədə nəticə çıxarmaq hələ tezdir.