Livan parlamentindəki müxalifət fraksiyalarının liderlərindən biri Nadim Jmayel “Hizbullah” birləşmələrindən silahlarını Livan ordusuna təhvil vermələrini tələb edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə Sky News Arabia telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, müxalifət BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün müddəalarının yerinə yetirilməsini tələb edir:
““Hizbullah” silahları Livan ordusuna təhvil verilməlidir. Yaxın həftələrdə Livanın suverenliyini bərpa edəcək yeni yol xəritəsi hazırlanacaq”.
Livanın fövqəladə hallara operativ reaksiya mərkəzinin koordinatoru, ətraf mühitin mühafizəsi naziri vəzifəsini icra edən Nasir Yasin bir müddət əvvəl bildirib ki, Beyrut 2006-cı ildə İsrail və “Hizbullah” arasında münaqişəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirərək ölkənin cənubunda atəşkəsə nail olmaq üçün sərt mövqe tutub.