Çin KXDR ilə strateji koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıbbackend

Çin KXDR ilə strateji koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pekin Pxenyanla strateji əməkdaşlığı və dostluq mübadiləsini dərinləşdirməyə hazır olduğunu bildirir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Ina ünvanladığı teleqramında bildirib.

Onun sözlərinə görə, Çin və KXDR dostluğu zamanın sınağından çıxıb, iki ölkə və xalqın ümumi sərvətinə çevrilib:

“Mən iki ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm. Pekin Pxenyanla birlikdə iki ölkə xalqlarının rifahı naminə sosialist işinin davamlı və uzunmüddətli inkişafına yardım etməyə hazırdır”.

Pekin Pxenyanın əsas iqtisadi tərəfdaşıdır. Çin gömrük statistikasına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 3,2 dəfə, 2023-cü ildə isə 2,3 dəfə artaraq 2,29 milyard dollar təşkil edib.