Böyük Britaniyanın Baş naziri Kir Starmer hesab edir ki, potensial İran-İsrail münaqişəsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə “The Sunday Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, İran-İsrail münaqişəsi Yaxın Şərq əhalisi və bütün dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq:
“Bütün tərəflər bunun qarşısını almaq üçün əlindən gələni etməlidir. Qəzza üçün yeganə real həll yolu girovların qeyd-şərtsiz azad edilməsi, dərhal atəşkəs və humanitar yardıma qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasıdır. Bununla belə, bunlar həm fələstinlilər, həm də israillilər üçün davamlı sülh və təhlükəsizliyə nail olmaq yolunda yalnız ilk addımlardır.