İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcəkbackend

İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.

“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.