Ev şəraitində müalicə almalı olan xəstənin dərman ehtiyacları icbari tibbi sığorta əsasında ödəniləcək. Başqa sözlə, sığortalanmış vətəndaş ehtiyacı olan dərman vasitələrini aptekdən pulsuz, yaxud qismən ödənişlə əldə edə biləcək.
NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, bunun üçün vətəndaşla yanaşı, apteklər də icbari tibbi sığorta sisteminə qoşulmalıdır. Təbii ki, könüllülük əsasında.
Təxmini qayda belədir: Həkim xəstəyə elektron resepti yazaraq sistemə yerləşdirir, əczaçı isə sistemdəki reseptə əsasən, müştərini pulsuz dərmanlarla təmin edir.
Amma burada bir sıra suallar yaranır: Bahalı və ağır xəstəlikdə istifadə edilən dərmanlar siyahıya salınacaqmı?
Daha ətraflı İTV-nin süjetində: