İngiltərənin Linkolnşir bölgəsində yaşayan Tizi Hodson 1976-cı ilin yanvarında məktubla motosiklet akrobatı işləmək üçün müraciət etsə də, göndərdiyi məktuba cavab ala bilməyib.
NOCOMMENT.az xəbər verir ki, 48 ildən sonra ona çatan xəbər ilə bilinib ki, məktub bütün bu illər ərzində poçt şöbəsində çəkməcənin arxasında qalıb.
Hodsona göndərilən məktubda 1976-cı ildə müraciət etdiyi məktubun əsli və başına gələnlər haqqında məlumat olub.
O günlərə nəzər salan Hudson bu uğursuzluğun onun karyerasına mane olmadığını söyləyib və başqa işə qəbul olunduğunu, dünyanı gəzdiyini məmnuniyyətlə izah edib.
İş müraciətinin 48 ildən sonra özünə geri göndərilməsinin “möcüzə” olduğunu deyən Hodson, “Hər zaman bu işdən niyə xəbər olmadığını düşünürdüm. İndi bilirəm” deyib.
Göndərilən məktubun yuxarı hissəsində əl yazısı ilə aşağıdakılar yazılıb:
“Staines Poçt şöbəsindən gec göndəriş. Çəkməcənin arxasında tapıldı. Cəmi 50 il gec”.
Qeyd edək ki, müraciətinə cavab gəlməsə də, Hodson başqa işlərə müraciət etməyə davam edib. Afrikaya səyahət edib, at yetişdiricisi kimi çalışıb, akrobatik təyyarələrdə uçmağı öyrənib və uçuş təlimatçısı olub.\\News24.az