Türkiyədə 9 ay ərzində Ermənistandan qeyri-qanuni bukmeyker xidmətləri göstərən 32 min sayt bloklanıbbackend

Türkiyədə 9 ay ərzində Ermənistandan qeyri-qanuni bukmeyker xidmətləri göstərən 32 min sayt bloklanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bu ilin 9 ayı ərzində Ermənistanda qeydə alınmış qeyri-qanuni bukmeyker xidmətləri göstərən 32 min sayta giriş bloklanıb.

NOCOMMENT.az xəbər verir ki, bukmeyker kontorlarının bloklanması ilə bağlı qərarlar Milli Lotereya Ofisinin (Milli Piyanqo) müraciəti əsasında Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) tərəfindən qəbul edilib.

Milli Piyanqo mütəxəssisləri virtual mühitdə qanunsuz qumar və mərc oyunlarının təşkilini qeyd edir və vaxtaşırı olaraq BTK-ya məlumat verirlər.

BTK bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə qeyri-qanuni mərc xidmətləri ilə bağlı bloklanan saytların ən çoxu ABŞ-da (98 min) qeydə alınıb. Sonrakı yerləri Ermənistan (32 min) və Niderland (12 min) tutur.

Türkiyədə ilin əvvəlindən bloklanan qeyri-qanuni qumar və mərc oyunları üzrə onlayn resurslarının ümumi sayı 183 mini keçib ki, bu da artıq 2023-cü ilin göstəricisini (168 mindən çox) ötüb.