Qubada faciəvi şəkildə paraşütlə yerə çırpılaraq ölən 38 yaşlı Şamo Mehdizadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
NOCOMMENT.az bildirir ki, Shimal.News-a açıqlama verən Qrız Dəhnə Kənd İcra Nümayəndəliyindən bildirilb ki, o, hündürlükdən yerə sərt şəkildə düşdüyünə görə ayaqları qırılıb. Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb və travmatik şoka düşüb, bu səbəbdən vəfat edib:
“Qırız Dəhnə ərazisi turizm ərazi olduğu üçün daima həm xarici, həm də şəhər sakinləri gəlib dincəlirlər. Bu zaman onalar həm sukuterlərdən, həm də paraşütlərdən istifadə edirlər. Hadisə dünən baş verib. Paraşütçü idarə etməni itirərək yerə çırpılıb. Bu səbəbdən də həyatını itirib. İcazə ilə bağlı bizdə məlumat yoxdur. Hansı qurumdan icazə aldığını bilmirik. Həmişə paraşüt və skuterlərdən istifadə etdiklərini müşahidə edirik”, – deyə icra nümayəndəsinin müavini Mübariz Rüstəmov bildirib.
Qeyd edək ki, vəfat edən Şamo Mehdiyev əslən Laçın rayonundan idi. O, Xırdalan şəhərində diş həkimi işləyib, həm də həvəskar paraşütçü olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha öncə ölümlə nəticələnən bədbəxt hadisə haqqında xəbər vermişdik.