İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Djentiloni bildirib ki, geosiyasi gərginlik avrozona iqtisadiyyatına təsir edir.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Lüksemburqda Avropa İttifaqının maliyyə nazirlərinin görüşündən əvvəl bildirib.
“Geosiyasi qeyri-müəyyənlik, xüsusən də neft qiymətləri ilə bağlı iqtisadiyyatımıza təsir edir”, – deyə o vurğulayıb.
Avropa komissarının sözlərinə görə, bu, inflyasiyaya təsir göstərə bilər, lakin indiyədək belə təsir müşahidə edilməyib.
“İnflyasiya mütləq aşağı düşür”, – deyə komissar bildirib.
Djentiloni həmçinin “UniCredit” və “Commerzbank” arasında mümkün sövdələşməni şərh edərək, Aİ-də güclü və beynəlxalq rəqabətədavamlı banklara ehtiyac olduğunu vurğulayıb.