Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu yenidən həyata keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili deyib.
“Parlament çoxluğu impiçment prosedurunu bərpa etmək qərarına gəlib”, – parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Bu qərar ölkə prezidentinin Gürcüstan Konstitusiyasına uyğun olaraq hökumətlə razılaşdırılmalı olan Fransa, Almaniya, Belçika və Polşaya xarici səfərləri ilə bağlıdır.
Qeyd edək ki, ötən ilin oktyabrında Konstitusiya Məhkəməsi prezidentin icazəsiz xaricə səfərləri ilə bağlı ölkənin əsas qanununu pozduğunu təsdiqləsə də, hakim partiya impiçment üçün kifayət qədər səs toplaya bilməyib.