Kuba artıq BRICS ilə tərəfdaş statusu almaq üçün rəsmi ərizə təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Havanadakı səfiri Viktor Koronelli məlumat verib.
“Kuba BRİKS-in işinə qoşulmaqda maraqlıdır. Üstəlik, Rusiya bu il BRİKS-ə sədrlik etdiyi üçün onlar artıq tərəfdaş statusu almaq üçün Rusiya tərəfinə rəsmi ərizə təqdim ediblər”, – səfir bildirib.
Oktyabrın 5-də Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri Ərəb Respublikasının BRİKS-ə qoşulmaq üçün ərizə təqdim etdiyini açıqlayıb.
İyun ayında Kazanda keçiriləcək BRİKS-in oktyabr sammitində təşkilata üzv olmaq istəyən ölkələrin tam siyahısı ortaya çıxdı və bu siyahı arasında tam beynəlxalq statusa malik olmayan Fələstin də var.