Gözlənilənlərin əksinə olaraq Çin hökumətinin yetərli dəstəyinin olmaması dəmirin və digər adi metalların ucuzlaşmasına səbəb olub.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, investorlar Çin hökumətindən iqtisadi aktivliyi artırmaq üçün güclü stimullaşdırıcı tədbirlər gözləyirdilər.
Amma dünən açıqlanan məlumatlardan aydın olur ki, Çin hökuməti xüsusi stimullaşdırıcı tədbirləri görməyə tələsmir. Bu cür mövqe dəmir filizi qiymətinin 4 faiz enməsinə səbəb olub. Hazırda dəmir filizinin bir tonu 107 dollardır. Dəmirlə yanaşı, mis 1,3 faiz ucuzlaşıb və qiyməti 9 797 dollar olub.
Alüminium və sinkin qiymətləri isə 1 faizdən çox enib.