Fransa gələn ilin əvvəlində Kiyevə “Mirage-2000” qırıcıları verəcəkbackend

Fransa gələn ilin əvvəlində Kiyevə “Mirage-2000” qırıcıları verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa 2025-ci ilin əvvəlində Kiyevə yeni raketlərlə təchiz olunmuş “Mirage-2000” qırıcıları tədarük etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

“2025-ci ilin birinci rübündə “Mirage-2000” qırıcılarının Ukraynaya tədarükü planlaşdırılır. Onlar yeni hava-yer silahları və radio-elektron mübarizə vasitələri ilə təchiz olunacaq”, – deyə nazir qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron hələ iyunun əvvəlində demişdi ki, Kiyevə “Mirage-2000” qırıcıları tədarük oluna bilər. Rusiya isə öz növbəsində dəfələrlə bəyan edib ki, Qərbin hərbi yardımı Ukraynada vəziyyəti dəyişməyəcək və yalnız münaqişənin uzanmasına səbəb olacaq.