Hizbullah liderliyinə ən real namizəd olan Haşim Səfiəddin məhv edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Onun sözlərinə görə, böyük ehtimalla Haşim Səfiəddin məhv edilib.
Qeyd edək ki, onun Hizbullahın qətlə yetirilmiş lideri Həsən Nəsrullahı əvəz edəcəyi nəzərdə tutulurdu.