Yeni ildə Azərbaycanda dollar bahalaşacaq?backend

Yeni ildə Azərbaycanda dollar bahalaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 2024-cü il başa çatmaq üzrədir. İl sonuna yaxınlaşdıqca cəmiyyət arasında ABŞ dollarının bahalaşacağı ilə bağlı fikirlər səslənir.

Bir müddət əvvəl ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar beynəlxaql valyuta bazarında ABŞ dollarının dəyərinin artmasına səbəb olmuşdu.

Bəs dünya valyuta bazarındakı bu proseslərin Azərbaycan manatına təsiri olacaqmı? Ümumiyyətlə yeni ildə ABŞ dolları Azərbaycan manatına nisbətən bahalaşacaqmı?

Bu və digər suallara cavab tapmaq üçün tanınmış iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramova müraciət etdik.

NOCOMMENT.az xəbər verir ki, Deputat BAKU.WS-ə bildirdi ki, ABŞ dollarının aparıcı səbət valyutalara nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Ekspertin sözlərinə görə, Azərbaycanda dollara tələb mövsümü olaraq dəyişir.

“Nəzərə alsaq ki, manatın dollara nisbətən məzənnəsi ölkəyə daxil olan valyuta həcmindən asılıdır. Növbəti dövrlərdə də, ölkəyə daxil olan valyutanın həcmində enerji məhsullarının qiyməti həledici olacaq.

Neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biridir”, – deyə Vüqar Bayramov bildirib.

V.Bayramov onu da vurğuladı ki, bütövlükdə məzənnənin necə dəyişməsinə gəldikdə isə Mərkəzi Bankın mövqeyindən asılı olaraq qalır:

“Mərkəzi Bank da tədiyyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi, eləcə də valyuta bazarındakı tarazlığı nəzərə almaqla qərar qəbul edir.

Bu konteksdən həm ilin sonu, həm də növbəti ilin əvvəli üçün də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsində həledici olaraq qalacaq”.