Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna döyüş meydanında Rusiyanı məğlub edə bilməz.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Macarıstanın baş naziri Avropa Parlamentində keçirdiyi mətbuat konfransında da insanların həyatını xilas etmək üçün atəşkəsin vacibliyinə diqqət çəkib.
Bununla bağlı Orban bir daha Kiyev rejimini Moskva ilə danışıqlar barədə düşünməyə çağırıb.
“Əgər döyüş meydanında qalib gələ bilmirsinizsə, ünsiyyət qurmalı, danışıqlar aparmalı, atəşkəs bağlamalısınız”, – deyə Orban ukraynalı jurnalistlərin suallarına cavabında açıq şəkildə bildirib.