İranın silahlı qüvvələri İranın son raket hücumuna İsrailin mümkün cavab reaksiyasına tam hazırdır.
NOCOMMENT.az xəbər verir ki, təfərrüatları İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi verib.
O qeyd edib ki, İran ordusu hadisələrin istənilən inkişafına hazırdır.
“Silahlı qüvvələrimiz tam döyüş hazırlığındadır və bütün lazımi hədəfləri müəyyən edib. Eyni zamanda, bizim siyasətimiz müharibəni dayandırmağa yönəlib”, – deyə o vurğulayıb.