Rusiyada 13 yaşlı qızın kiçik bacılarını doğraması ilə bağlı təfərrüat: Dişləmə izləri aşkarlandıbackend

Rusiyada 13 yaşlı qızın kiçik bacılarını doğraması ilə bağlı təfərrüat: Dişləmə izləri aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tolyatti şəhərində bütün ictimaiyyəti sarsıdan dəhşətli faciənin təfərrüatı məlum olub. Belə ki, mənzillərdən birində eyvanda çoxsaylı bıçaq yarası ilə cəsədləri aşkar edilən 2 və 5 yaşlı iki qızın bədənlərində dişləmə izləri tapılıb.

NOCOMMENT.az-ın verdiyi məlumata görə, bu barədə “Shot” “Telegram” kanalı şahid ifadələrinə istinadla xəbər yayıb.

Qeyd edək ki, amansız cinayətdə əsas şübhəli onların 13 yaşlı ögey bacısıdır.

Məlumata görə, faciə zamanı qızların valideynləri “mənzilə qanunsuz daxil olma” işi ilə bağlı polis idarəsində dindirilmədə olublar. Belə ki, daha əvvəl ana həyat yoldaşı barədə onu döydüyü və xəyanət etdiyi ilə bağlı şikayət edib. Sonradan cütlük barışsa da, polis idarəsində ifadə verməli olublar. Həmin müddətdə isə 10 yaşlı qız da evdə olmayıb, kiçik uşaqlara onların 13 yaşlı bacısı baxıb.

10 yaşlı qız evə qayıdanda, eyvanda qan gölməçəsində kiçik bacılarının kəsilmiş cəsədlərini aşkar edib, bu zaman böyük bacı evdə olmayıb. O, dərhal anasına zəng edib.

Sonradan məlum olub ki, 13 yaşlı qız parka rəfiqələri ilə gəzməyə gedibmiş. Ana baş verənlərlə bağlı qızına mesaj yazanda isə o, belə cavab verib: “Bəli, mənəm! Hahaha”.

Faciənin baş verdiyi ailə qonşular tərəfindən müsbət xarakterizə olunur. Şübhəli qızda indiyə kimi heç bir psixi pozğunluq müşahidə edilməyib. Qızlar yaxşı oxuyur və dərnəklərə gedirdilər.

“Bu hamımız üçün böyük şokdur. O həmişə sakit, təvazökar, mehriban olub. Anası vaxtaşırı ondan kiçiklərə baxmağı xahiş edirdi”, – deyə ailəyə yaxın mənbə bildirib.

Ümumilikdə qadın beş qız böyüdüb: üçü ilk nikahdan, ikisi isə indiki həyat yoldaşından (18 yaşlı böyük qızı ayrı yaşayır).

Hazırda müstəntiqlər dəhşətli cinayətin bütün təfərrüatlarını və 13 yaşlı qızın motivlərini araşdırırlar. Valideynlər və sağ qalan bacılar dərin şok vəziyyətindədirlər.

Regional İstintaq Komitəsinin məlumatına görə, şübhəli yeniyetmə qız psixiatrik müayinə üçün psixiatriya xəstəxanasına yerləşdirilib.\\oxu.az