Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çyan deyib ki, Birləşmiş Ştatlar Tayvana hərbi yardım və silah təchizatını davam etdirməklə onu addım-addım təhlükəli müharibə həddinə doğru itələyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, bu, “bir Çin” prinsipinin və üç birgə Çin-Amerika kommünikesinin kobud şəkildə pozulmasıdır.
“Bu, Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir, həmçinin Tayvan boğazında sülh və sabitliyi pozur”, – RİA Novosti Vu Çyan-dan sitat gətirir.