Finlandiya 2025-ci ildə NATO missiyalarında iki gəmi və beşə qədər döyüş təyyarəsindən istifadə etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“2025-ci ildə Finlandiya NATO-nun sülh dövründə kollektiv müdafiə missiyalarında iki dəniz gəmisi və beşə qədər qırıcı təyyarədən ibarət hava qüvvələri ilə iştirak edəcək”, – bəyanatda bildirilir.
Qeyd olunur ki, Helsinki Baltik, Şimal dənizləri və Şimali Atlantikada daimi dəniz və minadan müdafiə qüvvələrinə malik olmağı planlaşdırır.