Azərbaycan və Ermənistan arasında bu ay sülh müqaviləsi gözlənilirmi? – Politoloqbackend

Azərbaycan və Ermənistan arasında bu ay sülh müqaviləsi gözlənilirmi? – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduğunu bildirdi.

Bunu NOCOMMENT.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Amma bununla belə, həmin görüşdə Azərbaycanla sülh sazişinin mətni ətrafında müzakirələr aparılmadı. Ondan əlavə 3-4 ay əvvəl – iyul ayında Londonda baş tutan Avropa siyasi birliyinin görüşündə Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar həyata keçirməkdən imtina etdi. Və nəhayət, əvvəllər razılaşdırılmış 16 maddəlik sülh sazişi layihəsinin 3 maddəsini öz könlünə uyğun şəkildə çıxardaraq yalnız onlar ətrafında sülh sazişi imzalamağa hazır olduğu bildirdi.

Azərbaycan_Ermənistan_bayrağı

Yəni, şübhəsiz, bütün bunlar onu göstərir ki, Ermənistan əslində sülhdə maraqlı deyil. O sadəcə prosesi uzatmaq və eyni zamanda da dünyanın gözündə özünün guya sülh carçısı olduğu mənzərəsini yaratmaq istəyir. Çünki sülh sazişində maraqlı olan tərəf ilk növbədə 16 maddənin hamısı ilə razılaşardı, hansısa istəmədiyi maddələri sazişinin layihəsindən çıxarmazdı. İkincisi də ki, konstitusiyasında – qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddələri ləğv edərdi.

“Bugün Ermənistanda Konstitusiya İslahatları Şurası yaradılıb və ona tapşırıq verilib ki, 2027-ci ilə qədər Konstitusiya üzərində iş getsin. Hələ 2027-ci ilə qədər iş gedəcəksə, deməli, 2027-ci ildə Konstitusiyada dəyişikliklər ilə bağlı referendum olacaq. Bu o deməkdir ki, Ermənistan yaxın zamanda sülhün imzalanmasında əslində maraqlı deyildir. Əslində əvvəllər də Paşinyan bu cür bəyanatlar verib”, – deyə politoloq bildirib.

Azərbaycan_Ermənistan_bayrağı

Amma reallıq odur ki, sülhün imzalanması üçün ilk növbədə digər 3 maddə də sülh sazişi layihəsində yer almalıdır. İkincisi, ölkənin konstitusiyasında, qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddialarından imtina olunmalı, yeni konstitusiyada dəyişiklik baş verməlidir. Nəhayət, üçüncüsü, hansısa digər ölkələrin sifarişlərinə uyğun addımlar deyil, rasional, praqmatik və öz ölkəsinin maraqlarına uyğun addımlar atılmalıdır.

Çünki bugün nə Fransa, nə də ABŞ Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı deyil. Onlar Ermənistanı yalnız təxribatlara və sülh prosesinin yubadılmasına təhrik edirlər ki, ən son nəticədə də bu baş verməkdədir.

Elnur Quliyev