Məşhur “qanuni oğru”nun həbsxanada meyiti tapıldıbackend

Məşhur “qanuni oğru”nun həbsxanada meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qanuni oğru”, daha çox Lexa Semipalatinski kimi tanınan Aytkali Maymuşev cəzasını çəkdiyi ciddi rejimli həbsxanada meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prime Crime məlumat yayıb.

Qazaxıstanın 66 yaşlı baş “qanuni oğru”su 2023-cü ilin dekabrından Kareliya Respublikasının Nadvoitsı kəndindəki islah əmək müəssisəsində olub. 2023-cü il iyulun 10-da Moskva şəhər Məhkəməsi onu cinayətkar statusu və qanunsuz narkotik saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Maymuşev Qazaxıstanın ən yaşlı “qanuni oğru”su hesab olunur.

O, kriminal ləqəb alıb və 1997-ci ildə taclandırılıb, bundan sonra o, kriminal ideyaları təbliğ etməyə və onların altında cinayətkarları toplamağa başlayıb.