“Ermənistan bu prosesdə tək deyil” — ŞƏRHbackend

“Ermənistan bu prosesdə tək deyil” — ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanda keçiriləcək COP29 kimi nüfuzlu bir tədbiri hər yolla qaralamağa çalışır. Ekspertlər Ermənistanın buna nail olacağını düşünmür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev məsələ haqqında Demokrat.az-a danışıb.

“Aydın məsələdir ki, Azərbaycanın keçirəcəyi COP29 tədbirinin gözdən salınması istiqamətində xarici qüvvələrin, xüsusilə də Ermənistan və onun himayədarı Fransanın açıq manipulyasiya xarakterli dezinformasiya yaymasının şahidi oluruq. Təbii ki, COP29-u nüfuzdan salaraq  Azərbaycandakı tədbiri beynəlxalq ictimaiyyət nəzdində pis etməyə çalışırlar. Bunlar əsassız yanaşmalardır”.

“Ermənistanın bu kimi təxribatlarının əvvəllər də şahidi olmuşuq”

“Məsələn, 2015-ci ildə Avropa Oyunları zamanı, 2017-ci ildə İslam Oyunları zamanı bənzər situasiyalar yaşanmışdı. Hazırda COP29-la bağlı da eyni vəziyyət yaşanır. Əslində Ermənistanın himayədarı olan Fransa Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı rüsvayçılığı COP29-u qaralamaqla ört-basdır etməyə çalışır. Bu tamamilə absurd bir yanaşmadır. Ümümilikdə, Ermənistan bu prosesdə tək deyil. Ona bu məsələlərdə ən çox Fransa dəstək verir. Maraqlıdır ki, Ermənistanın özü COP29-un Azərbaycanda keçirilməsində ən böyük paya sahibdir. İndi Azərbaycanı bu məsələdə qaralamağa çalışır. Xatırlayırsınızsa, Azərbaycanın lehinə qərar vermişdilər. İndi isə dezinformasiya yaymağa başlayıblar. Bu bir qədər təkzib xarakterlidir və diqqət çəkməyə çalışırlar”.