“Apple Watch” yaşlı qadının həyatını BELƏ XİLAS ETDİbackend

“Apple Watch” yaşlı qadının həyatını BELƏ XİLAS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

iPhone 16 seriyası ilə birlikdə satışa çıxarılan Apple-ın yeni ağıllı saatı Apple Watch Series yaşlı bir qadının həyatını xilas edib.

NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki, ürək xəstəliyi olan qulaqcıqların fibrilasiyasını aşkar edən ağıllı saat yaşlı qadına dərhal həkimə müraciət etmək və erkən müalicə almağa imkan verib.

X/Twitter istifadəçisi Nikias Molina, Apple Watch-un nənəsini dəqiqədə orta hesabla 61 döyüntü (BPM) anormal ürək ritminə görə xəbərdar etdiyini və ona həkimə müraciət etməyi tövsiyə etdiyini söyləyib.

Molinanın yazısında aşağıdakı ifadələr yer alıb:

“Bu gün mənim Apple Watch Series 10 cihazım EKQ funksiyasından istifadə edərək nənəmin xəstəliyini (qulaqcıqlarının fibrilasiyasını) aşkarlayıb. O, hazırda xəstəxanadadır və müalicə alır. Hələ də buna inana bilmirəm”.