Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.
NOCOMMENT.az bizimshow.az-a istinadən xəbər verir ki, “Qonaqcanlı” verilişinə qonaq olan sənətçi 23 yaşında bacısının vəfat etdiyini deyib:
“Bacım 23 yaşında vəfat edib. Gədəbəydə kənddə evdə qalanda qaz partlamışdı. Subay idi, ailəli deyildi. Biz bir bacı, bir qardaş idik. Həmin hadisədən 18 il yarım ötüb. Allah bütün dünyasını dəyişənlərə rəhmət etsin”.