Dövlət Komitəsinin 16 min manatı səhvən kənd sakinin hesabına köçdü – Üstü bir il sonra açıldıbackend

Dövlət Komitəsinin 16 min manatı səhvən kənd sakinin hesabına köçdü – Üstü bir il sonra açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 min manatdan artıq pulu səhvən kənd sakinin hesabına köçrülüb.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2022-ci ildə Babək rayon Təhsil şöbəsinin binasında istilik-qazanxana sisteminin qurulması üçün nəzərdə tutulan 16.042 manat Babək rayon Kərimbəyli kənd sakini K.B.-nın hesabına köçürülüb.

Kənd sakininin həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyi məlum olub. İşin üstü isə 17 yanvar 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparılan maliyyə yoxlamaları nəticəsində açılıb.

Kənd sakininə pulun geri qaytarılmasını təmin etmək üçün poçt xəbərnaməsi də göndərilib. Amma K.B. həmin vəsaiti geri qaytarmadığı üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə şikayət edilib.

Məhkəmə K.B.-dan 16.042 manat tutularaq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ödənilməsi barədə qərar qəıbul edib.

Qeyd edək ki, K.B. heç məhkəmə prosesində də iştirak etməyib.