Çin istehsalı avtomobillər son illərdə dünya bazarında önəmli yer tutmağa başlayıb. Bir çox alıcı bu avtomobillərin keyfiyyətini, qiymətini və texnoloji xüsusiyyətlərini müzakirə edir. Mütəxəssislər arasında bu avtomobillərin etibarlılığı, texniki dəstəyi və uzunmüddətli istifadəsi ilə bağlı fərqli fikirlər var.
Dövrümüzdə sürücülərin əksəriyyəti Çin istehsalı olan avtomobilləri almaqdan çəkinir. Buna səbəb nədir? Ümumiyyətlə, Çin avtomobillərini almağa dəyərmi?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Manset.az-a açıqlama verən “CAHAN Motors” şirkətinin marketinq rəhbəri Rüstəm Əliyev Çin istehsalı olan avtomobillərin mənfi və müsbət cəhətlərini açıqlayıb.
O bildirib ki, Çin avtomobillərinin satışı dünya bazarında geniş vüsət alıb. İstehsalçı şirkətlər innovativ yanaşma tətbiq edir. Lakin 60-65% hallarda ölkəmizdə olan Çin avtomobillərinin qəzası zamanı standartlara cavab verən təhlükəsizlik sistemləri işləmir.
Ətraflı videomaterialda: