Böyük Britaniyanın hərbi komandanlığı və siyasi rəhbərliyi Ukraynanın qərbində Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün təlimatçıların göndərilməsi planını müzakirə edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Qəzetin yazdığına görə, söhbət Ukrayna ordusuna çağırışçılar döyüş təmas xəttinə göndərilməzdən əvvəl onlara intensiv əsas təlim keçəcək kiçik britaniyalı hərbçilərdən gedir.
The Times qəzetinin Britaniya və Ukraynadakı mənbələrinə görə, bu yanaşma Ukrayna Silahlı Qüvvələri əsgərlərinin Böyük Britaniyada təlimi ilə bağlı maddi xərclər də daxil olmaqla xərcləri azaltmağa kömək edəcək.
“Orada biz bunu daha sürətli edə bilərdik və bu, cəbhə xəttindən çox uzaqda, riskin minimal olacağı ucqar ərazilərdə edilə bilərdi”, – deyə qəzetin Britaniya hərbi dairələrindəki həmsöhbəti bildirib.
Öz növbəsində, “The Times”ın Ukraynadakı mənbəsi hesab edir ki, təlimatçıların göndərilməsi Moskva üçün “güclü çəkindirici” və digər NATO ölkələri üçün nümunə olacaq”.