Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Aşqabadda keçiriləcək görüşdə ikitərəfli münasibətlərdən tutmuş Yaxın Şərqdəki vəziyyətə qədər geniş mövzuları müzakirə etməyi planlaşdırırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib və qeyd edib ki, bu, prezidentlərin ilk görüşü olacaq.
“Bizim müxtəlif sənaye sahələrində sıx əlaqələrimiz var. Amma təbii ki, Yaxın Şərqdəki vəziyyət də diqqətdən kənarda qalmayacaq. Ciddi söhbət olacaq”, – deyə o vurğulayıb.