Vladimir Zelenski bildirib ki, Ukrayna Qərb müttəfiqləri ilə Rusiya ilə münaqişədə atəşkəs imkanını müzakirə etməyib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “İnterfaks-Ukrayna” sitat gətirir.
Ukrayna lideri qeyd edib ki, son vaxtlar mediada onun Qərbə atəşkəsdən danışmaq üçün getdiyi barədə məlumatlar yayılıb. Zelenski bu məlumatı “həqiqətə uyğun olmayan” adlandırıb.
Bundan əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti Ukrayna lideri Vladimir Zelenskinin Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazır olduğunu, bunun müqabilində Kiyevin Qərbdən təhlükəsizlik zəmanəti istədiyini yazmışdı.
Qeyd olunur ki, Kiyev “Qərbin bəzi öhdəlikləri” müqabilində belə bir addım atmağa hazırdır. Qəzet qeyd edir ki, söhbət amerikalıların Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi zəmanətlərdən nümunə götürülmüş ABŞ-ın təhlükəsizlik zəmanətindən gedir.