“Ofsait” mağazalar şəbəkəsinin sahibi olan “İnci Group of Companies” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni məhkəməyə verib.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Günay Namazova iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
“İnci Group of Companies” QSC 1995-ci ildən fəaliyyət göstərir. QSC satış, istehsalat və distribütor şirkəti kimi tanınır.